خبرگزاری اهل‌بیت(ع) - ابنا

شنبه ۳ آذر ۱۴۰۳
۱۲:۳۹
در حال بارگذاری؛ صبور باشید
دوشنبه
۱۶ اسفند
۱۳۸۹
۲۰:۳۰:۰۰
منبع:
Fakt Xəbər
کد خبر:
230243

LİVİYA XALQI QƏZZAFİYƏ 72 SAAT VAXT VERDİ

Ölkənin şərqində yerləşən Binqazi şəhərində cəmləşən yerli əhali, Liviya lideri Müəmmar Qəzzafiyə 72 saat vaxt verib

آآ

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:Liviyada üsyançılarla Qəzzafi ordusu arasında silahlı qarşıdurmalar davam edir. Ölkənin şərqində yerləşən Binqazi şəhərində cəmləşən yerli əhali, Liviya lideri Müəmmar Qəzzafiyə 72 saat vaxt verib. Liviya Xalq Şurası tərəfindən verilən məlumatda, Qəzzafinin dinc əhalini qətliam etməsinin dayandırılması tələb olunub.

Qeyd edək ki, Müəmmar Qəzzafi artıq istefa verməyə hazır olduğunu bildirib və hakimiyyətdən getməsi üçün xalqa şərt qoyub. Onun ən böyük tələblərindən biri keçmişdə törətdiyi qətliamların yaddan çıxarılmasıdır ki, yerli əhali də buna heç vaxt razı olmayacağını açıqlayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır