Əhli Beyt -ABNA– xəbər agentliyi xəbər verir: Bakıda səfərdə olan Erməni İnqilabi Federasiyası “Daşnaksutyun”un siyasi məsələlər üzrə ofisinin, eləcə də “Ay-Dat”ın (Erməni məsələsi) mərkəzi ofisinin rəhbəri Kiro Manoyan jurnalistlərə açıqlamasında bildirib. “Ermənistanın mövqeyi belədir ki, meyit “yaşıl zonada”dır. Başqa cür olsaydı, meyiti qaytarardılar. Deməli, meyit Qarabağ ərazisində deyil, neytral zonadadır və Azərbaycan onu götürə bilər”, - deyə K. Manoyan vurğulayıb.
Qeyd edək ki, K. Manoyan Erməni İnqilabi Federasiyası “Daşnaksutyun”un Büro üzvü Mario Nalbandyanla birgə Sosialist İnternasionalının MDB, Qafqaz və Qara dəniz hövzəsi üzrə Bakıda keçirilən regional toplantısında iştirak edir.
Diqqət: Xəbərdən istifadə edtikdə mənbəyə istinad lazımdır.