خبرگزاری اهل‌بیت(ع) - ابنا

شنبه ۳ آذر ۱۴۰۳
۱۲:۴۶
در حال بارگذاری؛ صبور باشید
یکشنبه
۱۴ آذر
۱۳۸۹
۲۰:۳۰:۰۰
منبع:
xəbər agentlikləri
کد خبر:
215917

Bakı sakini həyat yoldaşını baltalayandan sonra özünü üçüncü mərtəbədən atıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan paytaxtında dəhşətli hadisə baş verib.

آآ

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:Səbail rayon Prokurorluğundan bildirilib ki, hadisə dekabrın 4-də, rayonun Üzeyir Hacıbəyov küçəsi 27, mənzil 58 ünvanında qeydə alınıb.Həmin ünvanda yaşayan 60 yaşlı Vüsal Hikmət oğlu Əfəndiyev ailə münaqişəsi zəminində həyat yoldaşı, 41 yaşlı Gülnarə Nadir qızı Əfəndiyevanı baltalayıb. Daha sonra isə özünü 3-cü mərtəbədən ataraq intihar edib.O, aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə gələn polis əməkdaşları G. Əfəndiyevanı yaralı vəziyyətdə aşkarlayıblar.Yaralı dərhal xəstəxanaya yerləşdirilib.Onun vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.