Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bundan əlavə bəhreynli gənclər bu gün sübh tezdən etibarən, evlərə və məscidlərə gedərək xalqı bu zülmə qarşı çıxmağa dəvət edib. Bəyreyn rejimi isə bu gündən ölkədə bütün telefon və internet əlaqəsini kəsib. Ölkəyə gələn Səudiyyə Ərəbistanı ordusu havadan və yerdən əməliyyatlar təşkil edərək xalqı qətliam edir.
Bəhreyn xəstəxanasından "əl-Aləm" telekanalına verilən məlumata görə, xəstəxanaya gətirlən bütün yaralıların vəziyyəti ağırdır. Onlar odlu silahlarla vurulub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında vəhhabi müftilər, Bəhreyndəki nümayişçilərin öldürülməsi barədə fətva verib.
Bəhreyn İrandakı səfirini geri çağırıb
Bəhreyn dövləti İrandakı fövqəladə və səlahiyyətli səfirini geri çağırıb. Bəhreyn hökuməti bunu İranın onun daxili işlərinə qarışması ilə əlaqələndirib. Nəzərinizə çatdıraq ki, İran Bəhreynin, eləcə də Səudiyyə Ərəbistanının Tehrandakı səfirini Xarici işlər Nazirliyinə çağıraraq, bu ölkədə baş verənlərə və Səudiyyə Ərəbistanının Bəhreynə qoşun yeritməsinə rəsmi etiraz bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır