Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dövlət sifarişi və siyasi sifariş olaraq ölkənin namus və qeyrəti uğrunda çalışan Gəncə şəhər sakini, din alimi höccətül-İslam Azər Cəbiyev sifarişli olaraq 4 il azadlıqdan məhrum edilməsinə etiraz olaraq bəyaniyyə vermişdir.
Bəyaniyyəni olduğu kimin nəzərinizə çatdırırıq.
Mərhəmətli və mehriban Allahın adı ilə!
“(Ya Rəsulum!) Qoy (zalımlar) hələ (istədikləri kimi) yeyib içsinlər, (dünyadan) ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər!” (Hicr surəsi -3)
Bu gün aldığımız məlumata görə Azərbaycandakı hazırkı iqtidar ölkədə islamafobiya planı sifarişinin növbəti mərhələsinə qədəm qoyub. Dövlət sifarişi və siyasi sifariş olaraq ölkənin namus və qeyrəti uğrunda çalışan Gəncə şəhər sakini, din alimi höccətül-İslam Azər Cəbiyev sifarişli olaraq 4 il azadlıqdan məhrum edilib. Müsəlman xalqımız bilir ki, tarix boyu vətən, din, namus və qeyrətin qornuması uğrunda İslamın şücaətli və imanlı alimləri həmişə öndə olmuş, Sibir düşərgələrində, zindanlarında olsalar da öz vətənlərini, dinlərini və etiqadlarını qorumaqdan ötrü son nəfəslərinə kimi mübarizə aparmışlar.
Tarix boyu zalım başçılar və rejimlər öz taxt-taclarını qormaqdan ötrü məsum imamlarımıza (ə), hətta sıravi möminlərə qarşı istədikləri cinayətləri törətmiş, Kərbəla kimi faciədən çəkinməmişdir.
Ölkədə müsəlman xalqın və alimlərin səbir və dözümündən sui istifadə edən hakimiyyət və məmurlar bəşəriyyət əleyhinə növbəti cinayətlərində din alimi höccətül-İslam Azər Cəbiyevi şərləyərək ona 4 il həbs cəzası vermiş, yenidən iç üzlərini nümayiş etdirmişlər. Müsəlman xalq, inanclı alim və möminlərin müharibə şəraitini nəzərə alaraq səbir etmələri iqtidarı daha dözülməz haqsızlıq və ciynaətə cürətləndirmişdir. Bu cinayətlər o zaman başladı ki, bir il öncə İslam Peyğəmbərinin (s) şəhadətini qeyd edən bir qrup əzdar Bakıda şəhərin mərkəzində vəhşicəsinə döyüldü, dörd nəfər dindar qardaşımız şərlənərək 4 ildən çox həbsə məhkum edildi. Növbəti mərhələdə müsəlman xalqın, din alimlərinin, ölkənin ziyalı və inanclılarının hansısa məsləhət üzündən ciddi etiraz etməmələrini gördükdə yolunu azmış iqtidar və məmurların növtəbi hədəfi İslam Patiyasının şücaətli və qeyrətli sədri höccətül-İslam Hacı Mövsüm Səmədovu və başqa inanclı dostlarını siyasi sifarişlə şərləyib həbsə aldılar. Daha sonda iqtidar və özbaşına məmurlar yenə də ciddi etiraz və təhlükə hiss etmədiklrindən başqa mübariz din xadimləri və inanclıları müxtəlif yollar və bəhanələrlə şərləyib repressiyalara davam etdirdilər.
HİCAB VƏ HİCAB QADAĞASI MƏHBUSLARINI MÜDAFİƏ KOMİTƏSİ ölkəni faciəyə aparan hakimiyyətin bu hərəkətlərini qəti şəkildə pisləyir və aşağıdakı mühüm məqamları artıq həddini aşmış iqtidar və məmurların nəzərinə çatdırır:
1.Siz bir şeyi yaddan çıxarmısınız ki, müsəlman ölkəsində taxt-tac sahibi olmusiniz və İslam aləmində məqam tutub İslam düşmənlərinə xidmət edənlərin aqibəti ağır olur. Quranın zalımlar haqqında bu ayəsini diqqətlə oxuyun:
“(Ya Rəsulum!) De: “(Bizdən və sizdən) kim zəlalət içindədirsə, qoy Rəhman ona (öz zəlalətində qalmaq üçün) uzun müddət möhlət versin”. Nəhayət, vəd olunduqları ya əzabı, ya da Qiyamət gününü gördükdə onlar kimin məqamının daha pis, kimin tərəfdarlarının daha zəif olduğunu biləcəklər.” (Məryəm,75)
2. Son günlərdə Höccətül-islam Seyid Həsən Amilinin dəlillər əsasında açıqlamarı bunu göstərdi ki, Azərbaycanın müsəlman xalqına çox yüksək səviyyədə xəyanətlər olunur və Qarabağ torpaqları, o cümlədən Xocalı və Şuşa kimi şəhərlərin işğalı daxili xəyanətlər nəticəsində baş verimişdir. Bu günə qədər də torpaqlarımız erməni işğalçıların ayaqları altında tapdanır. Bizə belə gəlir ki, hazırkı hakimiyyətin ölkənin bu ağır şəraitində ölkədə, İslam və islamçılara qarşı təzə cəbhə açması artıq bu xəyanətlərin növbəti mərhələsidir, hakiymiyyət bu hərəktləri ilə ölkədaxili çəkişmələrə süni şərait yaradır və bu çəkişmələrin sonu Qarabağ torpaqlarının birdəfəlik itirilməsidir.
3.Hazırkı hakimiyyət və onun məmurlarından ölkədə başladıqları bu sifarişli islamafobiya proqaramının acı nəticələri haqqında düşünmələrini tələb edirik. İqtidar və məmurların Allah-taalanın bəşərə yolladığı dinə, İslama, müqəddəs Qurana, din alimlərinə və inanclı insanlara ehtirmasızlığı ölkəyə ilahi əzabın gəlməsinə şərait yaradır. Əgər bu əzab nazil olarsa, artıq heç kəs ondan amanda qala bilməyəcək. Yaponiya kimi qüdrətli ölkəyə gələn ilahi əzabdan qorxun. Onsuz da müharibə və çətinliklər içində boğulan bu müsəlman xalqı öz günahlarınızın badına verməyin! Müqəddəs Quranda Allah-taalanın bu ayəsini də diqqətlə oxuyun:
“Məgər (zalımlara) bəlli olmadımı ki, Biz onlardan əvvəl (indi) məskənlərində gəzib dolandıqları neçə-neçə nəsilləri məhv etdik? Həqiqətən, bunda (keçmiş ümmətlərin giriftar olduğu müsibət və fəlakətlərdə) ağıl sahibləri üçün ibrətlər vardır!” (Taha surəsi,128)
4. Hakimiyyət və məmurlar bilsinlər ki, müsəlman xalq və din alimləri, inanaclı vətandaşlar ölkdə gedən sifarişli “islamafobiya” proqramının qarşısını almaqdan ötrü bu vaxta kimi təmkinlə dayanmış, bəzi məsləhətləri nəzərə almışsa, artıq iqtidarın və iqtidar məmurlarının müsəlman xalqın başına açdıqları bu müsibətlər və zülmlər müqabilində bundan sonra daha möhkəm, intensiv şəkildə mübarizəyə başlayacaq.
Əslində müsəlman xalq, din alimləri və inanclı vətəndaşlarımız gözləyirdilər ki, iqtidar bir az düşünəcək və öz xalqının etiqada, dininə, din xadimlərinə ehtramla yanaşıb məsələni həll edəcək. Yaranmış komitələr və birliklər də sakit və heç bir səs-küy salmadan öz İslami və dini etiqad və ibadətləri ilə məşğul olacaqlar. Amma artıq iqtidar və kənardan sifarişlə işləyən məmurlar ümidləri puça çıxarçışlar. Onlar insanları döyməklə, alçatmaqla, alimləri zindanlara atmaqla və dini aksiyaya qatılan namuslu qadınlarımıza və cavanlarımızın şəxiyyətinə toxunmaqla bütün yolları bağlamış, tam şəkildə İslam və islamçılarla, daha doğrusu müsəlman xalqla savaşa qərar vermişdir.
5. Hakimiyyət və məmurlar bilsinlər ki, din alimlərinə, inanclı vətəndaşlara, haqtələb qardaş və bacılarımıza əziyyət verməklə, həbslərlə heç kimi əqidəsindən, dinindən və müqəddəs İslamından döndərə bilməzlər. Bir daha qeyd edirik ki, iqtidar əslində hər bir din aliminə və inanclı qardaşımıza neçə il haqsız yerə iş kəsib zindana atırsa, şücaətli, qeyrətli, mübariz və müstəqil din alimlərinin və inanclı insanların mübarizəsini daha da gücləndirir. Yəni ölkədə hər hansı şücaətli, qeyrətli, mübariz və müstəqil din aliminə və inanclısına neçə il həbs cəzası verilirsə, onların azadlığı və haqqın öz yerində qərar tutuması üçün mübarizənin də vaxtı uzanır.
Gəlin müsəlman xalqın əqidəsi və Quranı ilə ehtiramla davranın! İslam, din, Quran və torpağımız uğrunda keçmişdə və hazırda şəhid olanlar vardı və bundan sonra da olacaq! Necə ki, müqəddəs Quranda oxuyuruq:
“Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər» (Əhzab surəsi -23)
HHQM MK-nın mətbuat xidməti
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır